Ərdoğan qlobal çağırış etmək niyyətindədir

   Ərdoğan qlobal çağırış etmək niyyətindədir
  03 İyun 2024    Oxunub:863
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn beynəlxalq görüşlərdən birində qlobal çağırış etmək niyyətindədir.
Bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Ərdoğanın çıxışı Qəzza və Ukraynadakı prolemin nizamlanması üçün vacib əhəmiyyət kəsb edir. Nəşr təşəbbüsün təfərrüatlarını və Türkiyə liderinin bəşəriyyətə çağırışını hansı görüşdə səsləndirəcəyini açıqlamayıb.

Qeyd edək ki, G7 sammiti iyunun 13-dən 15-dək İtaliyanın Bari şəhərində keçiriləcək. Sammitdə Ukrayna ilə yanaşı, daha 15 dəvət olunmuş ölkə və beynəlxalq təşkilat da iştirak edəcək. Xarici liderlər arasında Ərdoğanın da adı var.

Türkiyə Prezidenti mütəmadi olaraq Fələstin-İsrail münaqişəsinin tezliklə həllinin vacibliyindən danışıb, ABŞ və Qərb ölkələrini İsraili dəstəkləməkdə ittiham edib.

O, Türkiyəni Rusiya və Ukrayna arasında danışıqlar platforması kimi təklif edərək, dəfələrlə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün çıxış edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti