NATO artıq Orbanla heç bir informasiyanı paylaşmır - “The Daily Beast”

 NATO artıq Orbanla heç bir informasiyanı paylaşmır    - “The Daily Beast”
  03 İyun 2024    Oxunub:971
"Macarıstanın baş naziri Viktor Orban Avropa siyasi kursu çərçivəsində Rusiya və Çinin maraqlarından çıxış edir".
AzVision.azxəbər verir ki, bunu Macarıstanın sağçı mühafizəkar "Jobbik" partiyasının sədri Marton Dyondyöş “The Daily Beast” nəşrinə müsahibəsində deyib.

Avropada Viktor Orbanı “cəzalandırmaq” istəyənlər var
“Orban Avropa İttifaqında (Aİ) troya atı rolunu Rusiya prezidenti Vladimir Putinə və Çin prezidenti Si Cinpinə "satır”, – partiya lideri bildirib.

Nəticədə Qərbdə artıq heç kim Macarıstana güvənmir.

“NATO artıq Orbanla heç bir informasiyanı paylaşmır, Macarıstan universitetləri qrantları, tədqiqat fondları və mübadilə proqramlarına çıxışı itirirlər”,- deyə siyasətçi iddia edib.

Xatırladaq ki, bir neçə gün öncə "Politico" nəşri də Orbanla bağlı diqqət çəkən məqalə dərc etmişdi. Qeyd edilridi ki, Avropa İttifaqı (Aİ) Macarıstanın baş nazirini Rusiya prezidenti Vladimir Putinlə isti münasibətlərinə və həmçinin Kiyevə yönəlmiş yardımlara müqavimət göstərdiyinə görə cəzalandırmaq istəyir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Macarıstan   NATO   Orban  





Xəbər lenti