İrəvanda etirazçılar əllərini zəncirlədilər - VİDEO(FOTOLAR)

  İrəvanda etirazçılar əllərini zəncirlədilər    - VİDEO(FOTOLAR)
  03 İyun 2024    Oxunub:804
Ermənistanda vəziyyət gərgin olaraq qalır.
AzVision.az xəbər verir ki, "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının rəhbəri arxiyepiskop Baqrat Srbazan bu gün səhər saatlarından başlayaraq etirazçıları İstintaq Komitəsinin qarşısına toplayıb.

İrəvana buraxılmayan jurnalist 41 gündən sonra Parisə qayıtdı
Yerli media yazır ki, etirazçılar komitənin binası qarşısına mayın 31-də Xarici İşlər Nazirliyinin qarşısında keçirilən aksiyalar zamanı həbs edilmiş vətəndaşlara dəstək məqsədilə toplaşıblar.

"Mamul" nəşri etirazçıların maraqlı üsula əl atdıqlarını yazıb.
"Vətəndaşlar buraxılış məntəqəsinin qarşısında əli qandallı aksiya keçiriblər. Əlləri zəncirli olan etirazçılar rejimin həbslərinə qarşı şüarlar səsləndiriblər", - nəşr yazıb.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti