Gürcüstanda "Xarici agentlər haqqında" Qanun qüvvəyə minib

   Gürcüstanda "Xarici agentlər haqqında" Qanun qüvvəyə minib
  03 İyun 2024    Oxunub:884
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xarici agentlər haqqında qanunu imzalayıb. Bununla da qanun qüvvəyə minib.
“Bu gün mən “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzaladım. Bu qanunun məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərini kənar müdaxilələrə qarşı gücləndirməkdir”, - Papuaşvili brifinqdə bildirib.

Parlament sədrinin sözlərinə görə, qanun müvafiq qəzetdə dərc edildikdən sonra Ədliyyə Nazirliyinə tələb olunan normativ aktları hazırlamaq və təşkilatlara elektron portal açmaq üçün 60 gün vaxt veriləcək.

Bundan sonra sənədin əhatə etdiyi qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri reyestrdə qeydiyyatdan keçərək 2023-cü il üçün maliyyə bəyannaməsini dərc etməlidirlər.

Respublika prezidenti Salome Zurabişvili mayın 18-də qanuna veto qoyub, lakin parlament bunu mayın 28-də ləğv edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti