Lapid: "Atəşkəs razılaşması artıq yekunlaşdırılmalıdır"

      Lapid:    "Atəşkəs razılaşması artıq yekunlaşdırılmalıdır"
  03 İyun 2024    Oxunub:1000
İsrailin müxalifət lideri, "Yeş Atid" ("Gələcək var") partiyasının sədri Yair Lapid Netanyahu hökumətini yeni atəşkəs planı üzrə HƏMAS-la razılığa gəlmək üçün bu gün Qahirəyə nümayəndə heyəti göndərməyə çağırıb.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

"Dövlət Audit Komitəsində də bildirdim: hökumət Netanyahunun təklifi ilə razılaşmalı və bu gün Qahirəyə nümayəndə heyəti göndərməlidir. Beləliklə, nəhayət, atəşkəs məsələsi başa çatdırılmalı və tunellərdə əsir saxlanılan kişilər, qadınlar, qocalar və eləcə də hərbçilər vətənə qaytarılmalıdırlar", - o bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   HƏMAS   atəşkəs  





Xəbər lenti