KTMT Ermənistandan izah gözləyir

   KTMT Ermənistandan izah gözləyir
  03 İyun 2024    Oxunub:876
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) İrəvanın təşkilatla münasibətinə aydınlıq gətirəcəyinə ümid edir".
Bunu KTMT Parlament Assambleyası (PA) Şurasının iclasında təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.

“Ümid edirik ki, respublikanın siyasi rəhbərliyi KTMT ilə münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcək. Bu, ilk növbədə gələcək birgə fəaliyyətlərin tam planlaşdırılması üçün təşkilatın bütün iştirakçılarının xeyrinə olardı”,-o deyib.

Baş katib qeyd edib ki, son bir il ərzində Ermənistan təşkilatın tədbirlərində iştirakını nəzərəçarpacaq dərəcədə azaldıb.

"Bununla belə, Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalır, bu ölkə qarşısında bütün öhdəliklər tam şəkildə saxlanılır”,-Tasmaqambetov bildirib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti