PKK ilə əlbir olan bələdiyyə sədri saxlanıldı

   PKK ilə əlbir olan bələdiyyə sədri saxlanıldı
  03 İyun 2024    Oxunub:914
Türkiyədə Hakkari bələdiyyəsinin sədri Mehmet Sıddiq Akış saxlanılıb. O, PKK terror təşkilatı ilə əməkdaşlıq etməkdə təqsirli bilinir.
Hakkari Şəhər İcra Hakimiyyətində axtarışlar aparılıb. Polis Akişin təmsil olunduğu kürd yönümlü DEM partiyasının fəallarına 10 gün ərzində küçə aksiyaları keçirməyi qadağan edib.

Bələdiyyə sədri silahlı terror təşkilatına üzv olmaq və onun təbliğatında, terrorçulara yardım etməkdə ittiham olunur.

Onun barəsində əvvəllər yerli cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və ona Hakkari Cinayət Məhkəməsində baxılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti