SOCAR-ın İstanbuldakı ofisinə hücum edən 13 nəfər saxlanıldı

   SOCAR-ın İstanbuldakı ofisinə hücum edən    13 nəfər saxlanıldı
  03 İyun 2024    Oxunub:698
Türkiyədə SOCAR-ın ofisinə hücumda iştirak edən 13 nəfər saxlanılıb.
Bu barədə “Min gənc Fələstin naminə” qruplaşması məlumat yayıb. Bildirilib ki, saxlanılanlar əmlaka ziyan vurduqları və mülkiyyət toxunulmazlığını pozduqları üçün məhkəmə qarşısına çıxacaqlar.
SOCAR İsrailə neft satdığına dair ittihamlara cavab verib


Xatırladaq ki, mayın 31-i bir qrup etirazçı şirkətin qapısını sındıraraq içəri daxil olub və binanın fasadına qırmızı boya atıb. Onlar Azərbaycan neftinin İsrailə verilməsi ilə bağlı iddia səsləndiriblər. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) açıqlama yayaraq bildirib ki, İsrailə xam neftin satışının həyata keçirilməsi ilə bağlı ittihamlar həqiqəti əks etdirmir.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:  





Xəbər lenti