İranın spikeri də prezident olmaq istəyir

  İranın spikeri də prezident olmaq istəyir
  03 İyun 2024    Oxunub:1431
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf növbədənkənar keçirilən 14-cü prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
AzVision.az İSNA-ya istinadən xəbər verir ki, bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf növbədənkənar keçirilən 14-cü prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Məlumata görə, o, günorta saatlarında İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahında qeydiyyatdan keçib.

Qeyd edək ki , Məhəmməd Baqir Qalibaf İran İnqilabı Keşikçiləri Korpusunun komandiri və Tehran polisinin rəisi olub və uzun müddət hərbi və siyasi vəzifələrdə çalışıb. Londonda yerləşən "Iran Wire" onu "ən hazırlıqlı namizəd" kimi təsvir edib.

AzVision.az



Teqlər: İran   prezidentseçkiləri  





Xəbər lenti