İranın müvəqqəti prezidenti seçkilərdə iştirak etməyəcək

   İranın müvəqqəti prezidenti seçkilərdə iştirak etməyəcək
  03 İyun 2024    Oxunub:1223
İran prezidenti səlahiyyətlərini müvəqqəti icra edən Məhəmməd Möhbər qarşıdan gələn növbədənkənar prezident seçkilərində namizəd kimi iştirak etməyəcək.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Tasnim” agentliyi mənbələrə istinadən məlumat" yayıb.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi mayın 19-da İran ərazisində helikopter qəzasında həlak olandan sonra ölkə konstitusiyasına əsasən 68 yaşlı Məhəmməd Möhbər müvəqqəti prezident təyin edilib. İranda növbədənkənar prezident seçkiləri iyunun 28-ə təyin edilib.

AzVision.az



Teqlər: İran   Seçki  





Xəbər lenti