Peskov: "ABŞ indi Rusiya üçün düşmən ölkədir"

   Peskov:    "ABŞ indi Rusiya üçün düşmən ölkədir"
  04 İyun 2024    Oxunub:681
Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ ilə bağlı maraqlı açıqlama verib.
O, Amerika Dövlət Departamentinin keçmiş kəşfiyyatçı Skot Ritteri Sankt-Peterburqdakı Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün ölkədən buraxmamasını şərh edib. Peskov qeyd edib ki, necə ki, Rusiya ABŞ üçün düşmən ölkədir, indi də Amerika Rusiya üçün düşmən dövlətə çevrilib.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, hazırda söhbət keçmiş kəşfiyyatçıdan getdiyi üçün onun ölkədən kənara çıxması ilə bağlı müəyyən məhdudiyyətlər ola bilər: “Xüsusən də düşmən ölkəyə buraxacaqdılar. Onlar bizim üçün olduğu kimi, biz də onlar üçün düşmən ölkəyik”, - Kreml nümayəndəsi bildirib.
O qeyd edib ki, keçmiş kəşfiyyatçılara münasibətdə bu cür praktika dünyanın bütün ölkələrində mövcuddur.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti