İran Aİİ- yə qoşula bilər

 İran Aİİ- yə qoşula bilər
  04 İyun 2024    Oxunub:1052
İran Avrasiya İqtisadi İttifaqına (Aİİ) müşahidəçi qismində qoşula bilər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

“Müəyyən prosedurlar var, əgər onlara əməl olunarsa, prinsipcə, İranın Aİİ-də müşahidəsi ilə bağlı qərar dekabrın sonunda, təxminən bu il verilə bilər”, - o qeyd edib.

Bundan əvvəl Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirilmişdi ki, İran bu assosiasiyada müşahidəçi olmaq üçün Aİİ-yə müraciət ünvanlayıb və onun rəsmi məktubu mayın 27-də qəbul edilib.

Elnur Məmmədov

AzVision.az



Teqlər: Aİİ   İran  





Xəbər lenti