Qeydiyyat bitdi - 80 nəfər İran prezidenti olmaq istəyir

   Qeydiyyat bitdi -    80 nəfər İran prezidenti olmaq istəyir
  04 İyun 2024    Oxunub:1146
Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra çağırılan növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydiyyatı başa çatıb.
AzVision.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə bəhs edilir. İran seçki qərargahının rəisi və daxili işlər nazirinin siyasi məsələlər üzrə müavini Məhəmmədtağı Şahçeraği jurnalistlərə bildirib ki, bu müddət ərzində prezidentliyə namizəd olmaq üçün qərargaha müraciət etmiş 287 nəfərdən 80 nəfərin namizədliyi qeydə alınıb.

Bundan sonra bir həftə ərzində namizədlərin səlahiyyətlərinin Nəzarət Şurasında araşdırılması davam edəcək və iyunun 11-də təsdiqlənmiş namizədlərin adları açıqlanacaq. 30 may-3 iyun tarixlərində həyata keçirilən namizədlərin irəli sürülməsi prosesi bir sıra cəhətləri ilə diqqəti çəkib. Bunlardan birincisi prezidentlik iddiasında olanların sayının çoxluğudur.

Xarırladaq ki, növbədənkənar prezident seçkiləri 28 iyunda keçiriləcək.

Aygün Xankişiyeva
AzVision.az


Teqlər:





Xəbər lenti