Bayden: "NATO Rusiya-Ukrayna müharibəsinə qoşula bilər"

 Bayden: "NATO Rusiya-Ukrayna müharibəsinə qoşula bilər"
  04 İyun 2024    Oxunub:1469
ABŞ prezidenti Co Bayden Ukraynada sülhün necə bərqərar olcağı ilə bağlı sualları cavablandırıb.
AzVision.az xəbər verir ki, Bayden "Time" jurnalına müsahibəsində sülh olmazsa, itirənlər çox olacaq deyib.

"Ukraynada atılacaq son addım nə olacaq, sülh necə əldə oluna bilər" sualına cavab olaraq Ağ Evin rəhbəri deyib:

"Sülh, Rusiyanın heç vaxt Ukraynanı işğal etməyəcəyinə zəmanət olmalıdır".

Onun fikrincə, Qərb ölkələri Ukraynanın çökməsinə icazə verərsə, Rusiyaya qonşu olan digər ölkələr də əldən gedəcək.

Bayden NATO-nun Rusiya ilə müharibəyə qoşulacağını da istisna etməyib.

-Ukrayna ilə bağlı tutarlı iş görməzsək, müharibə üçün yol görünəcək”, -ABŞ prezidenti deyib.

AzVision.az



Teqlər: Bayden   Sülh   Cavab  





Xəbər lenti