ABŞ-nin məşhur kəşfiyyat PUA-sı Krımda peyda oldu

   ABŞ-nin məşhur kəşfiyyat PUA-sı    Krımda peyda oldu
  05 İyun 2024    Oxunub:1021
Amerikanın məşhur kəşfiyyat pilotsuz təyyarəsi olan "RQ-4B Global Hawk" Qara dəniz bölgəsində peyda olub.
Flightradar24-ün yaydığı məlumata görə, PUA bölgədə patrul fəaliyyətində olub.

"Qlobal qartal"ın "qlobal qırğı"sı - DOSYE
Hətta "RQ-4B Global Hawk" çərşənbə günü səhər saatlarında hətta Krımın cənub-şərqində olub.
Monitorinq resursunun məlumatına görə, dron əslində neytral suların üzərində uçub.

Xatıraldaq ki, Ukrayna müharibəsi başlamamışdan ömcə də bu PUA Qara dənizdə aktiv fəaliyyətə başlamışdı .

Yeri gəlmişkən, “RQ-4 Global Hawk” dronu 2019-2021-ci illərdə dəfələrlə Donbass üzərində, Krım yarımadasının Qara dəniz sərhədləri yaxınlığında və hətta Rusiyanın Krasnodar diyarının sahilləri boyu uçuşlar həyata keçirib ki, bu da Moskvada ciddi narahatlıq doğurub. Bu dronlar Baltik dənizi üzərində, Suriyadakı rus bazalarının həndəvərində də uçuşlar həyata keçiriblər. Maraqlıdır ki, Rusiya sərhədləri yaxınlığında yalnız kəşfiyyatçı PUA-lar yox, habelə “Boeing B-52H” strateji nüvə bömbardçançı təyyarələri də qeydə alınıb. 3 il əvvəl İtaliyanın Siciliya adasındakı Siqonella aviabazasından səmaya qalxaraq Pskov və Leninqrad vilayətlərinin sərhədləri boyu uçuş edən “RQ-4 Global Hawk” PUA-sı Rusiyanın sərhədlrinin 39 kilometrliyinə yaxınlaşmışdı.


Tural Tağıyev

AzVision.az



Teqlər:   PUA   ABŞ   Krım  





Xəbər lenti