Kiyev Rusiyaya bağlı 38 milyardlıq aktivlərə həbs qoyub

 Kiyev Rusiyaya bağlı  38 milyardlıq  aktivlərə həbs qoyub
  05 İyun 2024    Oxunub:809
Ukrayna polisi Rusiyaya bağlı olan 38 milyard qrivna (təxminən 1 milyard dollar-red.) dəyərində aktivlərə həbs qoyub.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin strateji araşdırmalar şöbəsinin rəhbəri Andrey Rubel məlumat yayıb. Onun sözlərinə görə, bütün aktivlər Ukraynanın xeyrinə və ehtiyaclarına yönəlir.

ABŞ Ukraynaya əlavə 50 milyard dollar ayıra bilər
"O cümlədən, bir "Bell-427" helikopteri, bir "Gulfstream G650" təyyarəsi, 47 yük maşını, 55 minik avtomobili və üç yarımqoşqu ordumuza təhvil verilib", - Rubel qeyd edib.

O, həmçinin xüsusi olaraq vurğulayıb ki, Rusiya aktivlərinin həcmini qiymətləndirmək xeyli çətinləşob. Çünki 2014-cü ildən Ukraynanın bütün iri biznesləri birbaşa və ya dolayı yolla ruslarla bağlıdır.

Kreml hərbi əməliyyatlara başlayandan sonra Ukrayna hakimiyyəti Rusiya Federasiyasından olan iş adamlarının və şirkətlərin aktivlərini ələ keçirməyə başlayıb. Xüsusilə, 2023-cü ilin aprelində iş adamı Vadim Novinskinin 3,5 milyard qrivnalıq əmlakına həbs qoyulması diqqət çəkmişdi.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Aktiv  





Xəbər lenti