Moskva: “İrəvan düşünülməmiş addımlar atır”

   Moskva: “İrəvan    düşünülməmiş addımlar    atır”
  05 İyun 2024    Oxunub:1072
Ermənistanın “düşünülməmiş addımları” Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər ölkələri ilə ümumi müdafiə məkanının yaradılması üzrə birgə işə qayıtmağı qeyri-mümkün edə bilər.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirinin müavini Mixail Qaluzin, görünür, İrəvandakıların Qərbin qarşılıqlı fəaliyyəti gücləndirməyə, o cümlədən təhlükəsizlik sahəsində daha çox maraq göstərdiyi bir şəraitdə fürsətdən istifadə etmək istədiklərini bildirib.

“Lakin qərblilərin milli məlumat bazalarına və ölkənin təhlükəsizliyi ilə bağlı həssas olan informasiyalara tam çıxışını təmin edəcək tələsik qərarlar nəinki son nəticədə dövlətin suverenliyinə təhdiddir, həm də ümumi müdafiə məkanının yaradılması üzrə Rusiya və KTMT üzrə digər müttəfiqlərlə birgə işə qayıtmağı obyektiv olaraq qeyri-mümkün edə bilər”, - Qaluzin vurğulayıb.

Rsuiyalı məmur Ermənistanın KTMT-nin işində tam şəkildə iştirakının ilk növbədə erməni xalqının maraqlarına cavab verdiyinə, Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasına xidmət etdiyinə əminliyini bildirib.

Mixail Qaluzin habelə Ermənistanın Xarici İşlər və Müdafiə nazirlikləri xətti üzrə Rusiya ilə əlaqələrə maraq göstərmədiyini Qərbin İrəvana təzyiqinin nəticəsi kimi qiymətləndirib.

- 2023-cü ilin noyabrından bəri Xarici İşlər nazirlərinin görüşü olmayıb. Bu nazirliklər arasında məsləhətləşmələr üçün başqa planın işlənib-hazırlanması və yekunlaşdırılması təklifimizə tərəfdaşlar maraq göstərmədilər. Müdafiə idarələri arasında əlaqələrin dinamikasının nəzərəçarpacaq dərəcədə azalması bizim günahımız deyil. Hərbi-texniki əməkdaşlıq da geriləyib. Biz bunu İrəvanı ölkəmizlə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan qərblilərin təzyiqinin nəticəsi kimi görürük”, - Rusiyanın Xarici İşlər nazirinin müavini deyib.

Qaluzinin dediyinə görə, Moskva Ermənistan hakimiyyətinin problemli məsələlərin və qıcıq doğuran məqamların aradan qaldırılması istiqamətində işləmək barədə ictimaiyyətə açıqlanan niyyətinin əməli təcəssüm alacağını qözləyir və buna hazırdır. Eyni zamanda, Moskva ilə İrəvan arasında ikitərəfli əlaqələr kəsilmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti