İrəvanda oğurlanan müxalif siyasətçi həbsə atıldı

İrəvanda oğurlanan müxalif siyasətçi həbsə atıldı
  05 İyun 2024    Oxunub:782
Ermənistanın Respublika Partiyasının gənclər təşkilatının fəallarından olan Jora Avetisyan iki ay müddətinə həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə partiyanın gənclər qanadının rəhbəri Henrix Danielyan sosial şəbəkələrdə məlumat yayıb.
Xatırladaq ki, bir müddət öncə partiya mülki geyimli naməlum şəxslərin özlərini polis əməkdaşları kimi təqdim etməklə Avetisyanı oğurlaması barədə bəyanat yaymışdı.

İyunun 5-də isəa İrəvan Məhkəməsində onun həbsinə qərar verilmədi məlum olub. İlkin məlumatlara görə, Avetisyan xuliqanlıqda ittiham olunur. Bəzi saytlar siyasi fəalın mayın 31-də Ermənistan Xarici İşlər Nazirliyində keçirilən aksiyada polisə doğru petardadan "atəş" açdığını iddia edib. Lakin onun hüquq-mühafizə xidməti əməkdaşlarına dəyməsinə dair heç bir sübut olmayıb.

Avetisyanın oğurlanması


Tural Tağıyev
AzVision.az



Teqlər: Həbs  





Xəbər lenti