Sorğu: Nə qədər qaçqın Ukraynaya qayıtmağı planlaşdırır?

   Sorğu:    Nə qədər qaçqın Ukraynaya qayıtmağı planlaşdırır?
  05 İyun 2024    Oxunub:1000
Ukraynalı qaçqınların təxminən üçdə biri ölkəyə qayıtmağı planlaşdırır. Demək olar ki, eyni sayda qaçqın bunun əksini düşünür.
AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) sifarişi ilə “Reytinq” Sosioloji Qrupunun sorğusunun nəticələrində məlumat verilib.

Əvvəlcə sosioloqlar respondentlərdən Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu ilə əlaqədar hazırda xaricdə yaşayan yaxın qohumlarının (ər, arvad, valideynləri və ya uşaqlar-red.) olub-olmadığını soruşublar.

Sorğuda iştirak edənlərin 38 faizi xaricdə qohumlarının qaçqın kimi yaşadığını deyib. İştirakçılardan qohumların Vətənə qayıtmağı planlaşdırıb-qalmadığı da soruşulub.

Bu baxımdan 32% yalnız müharibə bitəndə gələcəyini, 31% isə geri qayıtmağı planlaşdırmadığını bildirib. Bundan əlavə, 19% hələ qərar vermədiyini, 9% qohumların fərqli planlarının olduğunu dediyi halda, 5% - yaxın "gələcəkdə gələcəm" cavabını verib. Respondentlərin 3%-i cavab verməkdə çətinlik çəkib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti