Rusiya sərhədçiləri Azərbaycanla sərhəddəki ərazini tərk etdi

  Rusiya sərhədçiləri Azərbaycanla sərhəddəki ərazini tərk etdi
  05 İyun 2024    Oxunub:840
Rusiya sərhədçiləri Zəngəzurun Nerkin Hand kəndi yaxınlığındakı sərhəd zonasından çıxarılıb. Bu barədə jurnalistlərə vilayətin qubernatoru Robert Qukasyan məlumat verib.
Qubernator qeyd edib ki, o, sərhədçilərin Sünikdən tamamilə çıxıb-çıxmadığını dəqiq deyə bilməz. Çünki geri çəkilmə prosesinə təkcə şəxsi heyətin çıxarılması deyil, həm də texnika, həmçinin infrastrukturun sökülməsi daxildir. Bu isə vaxt aparır və tədricən həyata keçirilir.

O əlavə edib ki, Rusiya sərhədçiləri bir sıra digər ərazilərdə də postlarını bağlayıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti