Dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin sayı artırıldı

   Dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin sayı artırıldı
  05 İyun 2024    Oxunub:671
"Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"nda dəyişiklik edilib.
AzVision.az "President.az" -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, "Dekstrometorfan" həbi Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr siyahısından çıxarılıb.

Həmin həbin adı Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr siyahısına daxil edilib.

AzVision.az



Teqlər: prezident   qanun  





Xəbər lenti