Putin Qərbi hədələdi: “Bu, ciddi və təhlükəli addımdır”

      Putin Qərbi hədələdi:    “Bu, ciddi və təhlükəli addımdır”
  06 İyun 2024    Oxunub:1033
Rusiya prezidenti Vladimir Putin Ukraynaya yardım və xarici silahlarla Rusiya ərazisinin vurulmasına icazə verilməsi ilə bağlı Qərbi hədələyən bir sıra bəyanatlar verib.
Yerli medianın yaydığı məlumata görə, Putin jurnalistlərlə ünsiyyətdə olarkən bu iki mövzuya xüsusi diqqət yetirib.

ABŞ-nin məşhur kəşfiyyat PUA-sı Krımda peyda oldu
"Əgər kimsə belə hesab edirsə ki, bizə hücum etmək üçün onlara silahlar verə bilər, o zaman niyə biz uzaq mənzilli silahlarımızı bu ölkələrin həssas hədəflərinə hücumların həyata keçiriləcəyi dünyanın müxtəlif bölgələrinə çatdıra bilmərik? Bu barədə düşünəcəyik", - o qeyd edib.

Bundan əlavə, o, Almaniya tanklarının Ukraynada görünməsinin ölkəsində moral və etik sarsıntı yaratdığını, raketlərin tədarükünün isə Rusiya-Almaniya münasibətlərini tamamilə məhv etdiyini söyləyib.

Putin həmçinin bəyan edib ki, Ukrayna təkcə silahla təmin olunmur, həm də tədarükçülər o silahları idarə edirlər.

"Bu, çox ciddi və çox təhlükəli addımdır", - Putin bildirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Rusiya   Ukrayna   Silah  





Xəbər lenti