Kolumbiyalı əsir: "Ukraynalılar bizi aldatdılar"- VİDEO

 Kolumbiyalı əsir:  "Ukraynalılar bizi aldatdılar"- VİDEO
  06 İyun 2024    Oxunub:714
Rusiya hərbçiləri cəbhə xəttində Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşən Kolumbiya vətəndaşını əsir götürüblər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya və Ukrayna əsirləri dəyişdilər - Video
Qeyd edilir ki, əsirin adı Anxel Kardenas Montilladır. O, Ukrayna Silahlı Qüvvələrinin 59-cu briqadasının sıralarında xidmət edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Montilla Krasnoqorovka kəndi yaxınlığında təslim olub.

Rusiya Müdafiə Nazirliyinin yaydığı videoda kolumbiyalı nə rus, nə də ukrayna dilində danışa bilir.

"Ukraynalılar bizi aldatdılar. Dedilər ki, siz binanı qoruyacaqsınız. Lakin məlum oldu ki, bizi birbaşa atəş xəttinə göndəriblər", - Montilla bildirib.

May ayının ortalarında Rusiya İstintaq Komitəsi Ukrayna tərəfində vuruşan 650-dən çox muzdlu döyüşçünün cinayət əməlinin sübut olunduğunu bəyan edib. Qeyd edilir ki, siyahıda 49 ölkənin vətəndaşları var.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Əsir   Rusiya  





Xəbər lenti