Ermənisayağı demokratiya: Mitinqə qatılanlar işdən qovulacaqlar

   Ermənisayağı demokratiya:    Mitinqə qatılanlar işdən qovulacaqlar
  06 İyun 2024    Oxunub:940
Ermənistanda vəziyyət gərgin olaraq qalır. “Hraparak” qəzetinin yaydığı məlumata görə, Paşinyan hakimiyyəti müxtəlif vasitələrlə inqilabçı keşişin mitinq fəallığının qarşısını almağa çalışır.
“Vətən uğrunda Tavuş” hərəkatının uğursuz sonunu gözləyən hökumət dünən hərəkat iştirakçılarının Vardenis səfərini və ümumilikdə mitinqi pozmaq üçün bütün imkanlarından istifadə edib.

Vətəndaş itaətsizliyi aksiyalarına qatılan 3 erməni həbsə göndərildi
Qeqarkunik qubernatoru Karen Sarkisyanın yurisdiksiyasında olan qurumların işçilərinə aksiyaya qoşulmamaqla bağlı qəti şəkildə qadağa qoyub. O, təkcə qubernatorluğa tabe qurumların əməkdaşlarını mitinqdə iştirakdan çəkindirməyib, hədələr də səsləndirib. Buna misal kimi vətəndaşların işlərini itirəcəkləri ilə bağlı hədələri göstərmək olar", - nəşr yazıb.

Məqalədə qeyd edilir ki, Vardenis şəhərinin meri, polislə gizli əməkdaşlıq edən Aharon Xaçatryan mitinqdən bir neçə saat əvvəl öz işçisi vasitəsilə Qarabağdan gələn ermənilərlə təcili görüş keçirməyə çalışıb: "Mitinqə yarım saat qalmış, saat 17.30-da onları mədəniyyət evinə dəvət ediblər. Guya sosial məsələləri müzakirə edəcəkdilər. Bizə zəng edən və adının hallanmamasını xahiş edən Qarabağ ermənilərindən biri deyib ki, məmurlar toplantını bilərəkdən məhz həmin günə və saata təyin ediblər. Bununla da yerli səlahiyyətli şəxslər qarabağlıların keşişin mitinqinə qatılmasına mane olmağa çalışıblar”.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Mitinq   Keşiş   Məmur  





Xəbər lenti