Sorğu: Almaniya əhalisinin 40%-i Fələstinin tanınmasına tərəfdardır

      Sorğu:    Almaniya əhalisinin 40%-i Fələstinin tanınmasına tərəfdardır
  07 İyun 2024    Oxunub:861
Son günlər Almaniyada keçirilən sorğunun nəticələrinə əsasən, ölkə əhalisinin təqribən yarısı Fələstinin hökumət tərəfindən rəsmi tanınmasına tərəfdardır.
AzVision.az xəbər verir ki, sorğu Britaniyada fəaliyyət göstərən "YouGov" anket şirkətinin təşkilatçılığı ilə baş tutub.

Sözügedən məsələ ilə bağlı sorğu iştirakçılarının 40%-i lehinə, 27%-i əleyhinə səs verib, 33%-i isə bitərəf mövqedən yanaşıb.

Eyni zamanda, nəticələr üzə çıxarır ki, əhalinin 51%-ni İsrail Qəzzaya qarşı müharibəsindən narazıdır və bu ölkəyə iqtisadi sanksiyalar qoyulmasını istəyir. Yalnız 26% sorğu iştirakçısı belə bir addımın əleyhinədir.

Kansler Olaf Şoltsun timsalında Almaniya hökuməti isə Fələstinin rəsmən tanınmasını hələ ki prioritet kimi görmür.

Xatırladaq ki, ötən ayın 28-də İrlandiya, Norveç, İspaniya və iyunun 4-də isə Sloveniya hökumətləri Fələstini dövlət kimi rəsmən tanıyıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   Fələstin   rəsmi-tanınma  





Xəbər lenti