Ben-Qvir: "Qəzzaya humanitar yardım azaldılmalıdır"

      Ben-Qvir:    "Qəzzaya humanitar yardım azaldılmalıdır"
  07 İyun 2024    Oxunub:781
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağına humanitar yardım təminatını azaltmağa və yanacaq yardımına isə birdəfəlik qadağa qoymağa çağırıb.
AzVision.az xəbər verir ki, o bu barədə özünün "X" hesabında yazıb.

"İsrail yalnız humanizm müqabilində humanizm göstərməli və dövlətin gələcəyini təhlükəyə atacaq hansısa razılaşmaya uymamalıdır", - Ben-Qvir vurğulayıb.
Ben-Qvir: "Livanı ələ keçirin!"

Xatırladaq ki, ifrat sağçı nazir ölkəsinin "Hizbullah" timsalında Livana qarşı başlatdığı əməliyyat çərçivəsində dünən Livanın birdəfəlik işğalına çağırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Qəzza   Livan  





Xəbər lenti