“Nar” Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır

   “Nar” Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
  07 İyun 2024    Oxunub:769
Sərfəli qiymətləri və sosial layihələri ilə bölgələrə xüsusi diqqət göstərən “Nar” bu dəfə Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində yüksək səviyyəli görüş keçirərək universitetlə ilk əməkdaşlıq layihəsinə start verdi.
Uzunmüddətli əməkdaşlığı nəzərədə tutan anlaşma memorandumu çərçivəsində reallaşan ilk layihə “Nar”ın texniki heyəti tərəfindən texniki ixtisaslarda təhsil alan tələbələr üçün hazırlanan və keçirilən “Mobil rabitənin əsasları” təlimi oldu. Qabaqcıl mobil texnologiyalara hakim olan sənaye mütəxəssislərinin hazırlanması və onların ixtisasların uyğun karyera qurması məqsədilə keçirilən təlim tələbələrə öz nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirməyə imkan verir.

Qeyd edək ki, “Nar” və Azərbaycan Texnologiya Universiteti bu ilin fevral ayında Anlaşma Memorandumu imzalayaraq telekom sahəsinin peşəkarlarını hazırlamaq istiqamətində əməkdaşlığa başlayıb. Əməkdaşlığın əsas məqsədi Azərbaycanın regionlarında da rabitə sənayesi və akademik təhsil arasında körpü quraraq ölkənin rabitə peşəkarlarını hazırlamaqdır.

“Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





AzVision.az


Teqlər:





Xəbər lenti