Çexiya Ukraynaya təlimatçılar göndərmək niyyətində deyil

Çexiya Ukraynaya təlimatçılar göndərmək niyyətində deyil
  08 İyun 2024    Oxunub:837
Çexiya Ukrayna Silahlı Qüvvələrinin hərbi personalına təlim keçmək üçün bu ölkəyə təlimatçılar göndərməyi planlaşdırmır.
Bu barədə “İdnes” xəbər portalı Çexiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Çexiya öz ərazisində Ukrayna əsgərlərinin təlimini davam etdirməyi planlaşdırır. Belə ki, bu il Praqa Ukrayna Silahlı Qüvvələrinin 4 min hərbi qulluqçusunu hazırlaya bilər.

Fransa prezidenti Emmanuel Makron iyunun 6-da TF1 və France 2 telekanallarına müsahibəsində deyib ki, ölkəsi bu il 4,5 min ukraynalı hərbçiyə təlim keçmək və onları silahla təmin etmək üçün Ukraynaya təlimatçılar göndərəcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti