NATO ekspertləri Hərbi Polis İdarəsində kurs keçdi

NATO ekspertləri Hərbi Polis İdarəsində kurs keçdi
  08 İyun 2024    Oxunub:758
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda Hərbi Polis İdarəsinin şəxsi heyətinin iştirakı ilə kurs keçirilib.
AzVision.az MN-ə istinadən xəbər verir ki, kurs müddətində mobil təlim qrupunun təlimatçıları dinləyicilərə hərbi polis fəaliyyətinin NATO standartları çərçivəsində təşkili ilə bağlı ətraflı məlumat verib və digər mövzularda brifinqlər təqdim olunub. Hərbi qulluqçular kurs müddətində sindikatlar üzrə müxtəlif tapşırıqlar icra ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti