Sui-qəsdə məruz qalan nazir xəstəxanada səs verdi

   Sui-qəsdə məruz qalan nazir xəstəxanada səs verdi
  08 İyun 2024    Oxunub:865
Ötən ay sui-qəsd cəhdindən sonra sağalmaq üzrə olan Slovakiyanın Baş naziri Robert Fitso Avropa Parlamentinə seçkidə səs verib.
AzVision.az xəbər verir ki, nazir bu barədə "Facebook" səhifəsində yazıb.

Fitso xəstəxanada səs verdiyini deyib.

"Biz müharibənin davam etdirilməsinə deyil, sülh təşəbbüslərini dəstəkləyəcək avropalı deputatlara səs verməliyik", - o bildirib.

Xatırladaq ki, may ayının ortalarında sui-qəsd cəhdinə məruz qalan Slovakiyanın baş naziri o vaxtdan bəri ilk müraciətini iyunun 5-də dərc edib və orada bir neçə həftədən sonra işə qayıtmaq niyyətini açıqlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti