Kürdə batanlardan birinin meyiti tapıldı

   Kürdə batanlardan birinin meyiti tapıldı
  09 İyun 2024    Oxunub:1122
İyun ayının 2-si Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batan 3 nəfərdən birinin (şəxsiyyəti müəyyənləşdirilir) cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən batdığı ehtimal olunan digər 2 nəfərin axtarışları intensiv şəkildə davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti