İran XİN-dən Zəngəzur dəhlizi açıqlaması: "Sərhəd dəyişikliyinə qarşıyıq"

   İran XİN-dən Zəngəzur dəhlizi açıqlaması:    "Sərhəd dəyişikliyinə qarşıyıq"
  10 İyun 2024    Oxunub:889
"İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır. Lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmirik".
AzVision.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Əli Bağeri Kani CNN Türk-ün müxbirinin Zəngəzur dəhlizi ilə bağlı sualını cavablandırarkən deyib.

"İran tərəfi regionun inkişafına kömək edəcək bütün təşəbbüsləri, xüsusən də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək verir. Bununla belə, Tehran regionun demoqrafiyasını və sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüsün əleyhinədir", - o qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti