Oğlan anasının evini, bacısının maşınını yandırdı

   Oğlan anasının evini, bacısının maşınını yandırdı
  10 İyun 2024    Oxunub:696
Abşeron rayonunda ev qəsdən yandırılıb.
AzVision.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, iyunun 9-u saat 4 radələrində 1969-cu il təvəllüdlü Azər Tağıyev anasının yaşadığı Masazır qəsəbəsindəki evi yandırıb.

O, daha sonra Xırdalan şəhərinə gedərək bacısının idarə etdiyi "Infiniti" markalı avtomobili də yandırıb. Nəticədə maşının salon və mühərrik hissəsi yanıb.

Hər iki yanğın hadisəsini törətmiş A.Tağıyev polis tərəfindən saxlanılıb. Onun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti