GUAM ölkələri yaşıl enerji konsepsiyasını gücləndirəcək

   GUAM ölkələri yaşıl enerji konsepsiyasını gücləndirəcək
  10 İyun 2024    Oxunub:858
GUAM ölkələrində yaşıl enerji konsepsiyasının gücləndirilməsi nəzərdə tutulur
AzVision.az xəbər verir ki ,təşkilata üzv dövlətlər arasında iqlim sahəsində qarşılıqlı fəaliyyətlə bağlı əməkdaşlığın və dialoqun genişləndirilməsi, o cümlədən ətraf mühitin mühafizəsi tədbirlərinin gücləndirilməsi müzakirə olunur. Bu xüsusda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda GUAM tədbirinin çağırılması planlaşdırılır.

İclasda enerji təhlükəsizliyi və davamlı, ədalətli, iqlimə davamlı enerji keçidi sahəsində əməkdaşlığın təşviqi, o cümlədən dekarbonizasiya, bərpaolunan enerji mənbələrindən, həmçinin ənənəvi yanacaq növlərindən istifadə, eyni zamanda, enerji səmərəliliyi və təmiz enerjiyə investisiyalar kimi məsələlərin müzakirəsi planlaşdırılır.

AzVision.az



Teqlər: GUAM  





Xəbər lenti