COP29-la bağlı rektordan təklif

   COP29-la bağlı rektordan təklif
  10 İyun 2024    Oxunub:764
Ətraf mühitə atılan tullantıların miqdarı olduqca çoxdur. Bu fakt və bütövlükdə ətraf mühitə dəyən zərərin təhlükəli olduğu, demək olar ki, hamı tərəfindən qəbul edilir. Amma bu, həmin problemin həlli baxımından kifayət deyil.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov bildirib. Rektor diqqətə çatdırıb ki, burada əsas problem dünyada ətraf mühitə atılan tullantıların “doğru həcmi”nin müəyyən edilməməsidir: “Başqa sözlə, söhbət planetin gələcəyinə təhlükə yaradan tullantıların maksimal həcmindən gedir. Yəni ətraf mühitə atılan tullantıların hansı həcmindən sonra “geriyə saymaq” başlayır. İqtisadiyyatda hər zaman doğru olan yeganə düzgün cavabın olmadığı bəllidir və hamı tərəfindən qəbul edilir. Amma buna baxmayaraq, “ətraf mühitə atılan tullantıların “doğru həcm”i nə qədər olmalıdır?” sualına yeganə düzgün cavabın tapılması və hamı tərəfindən qəbul edilməsi vacibdir. Noyabr ayında keçiriləcək COP29-da tullantıların “doğru həcmi”nin müəyyən edilməsi baxımından Bakı həm də qlobal mərkəzə çevrilmək şansına malikdir. Bu məqsədlə COP-29-da Qlobal Komissiyanın yaradılmasını təklif edirik”.

AzVision.az



Teqlər:





Xəbər lenti