Qallant: "Qants istefa verməklə səhv addım atdı"

      Qallant:    "Qants istefa verməklə səhv addım atdı"
  11 İyun 2024    Oxunub:886
İsrailin müdafiə naziri Yoav Qallant hərbi kabinetin üzvü Beni Qantsın istefasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, o bu barədə ölkə parlamentinin (Knesset) qarşısında jurnalistlərə açıqlamasında bildirib.

O, müxalifət lideri, Milli Birlik partiyasının sədri Beni Qantsın fövqəladə hökumətdən istefasını tamamilə yanlış addım kimi qiymətləndirib.

Xatırladaq ki, Qants Qəzza zolağında qələbə naminə dəqiq plan hazırlanması üçün keçən ay hökumət qarşısında qoyduğu möhlət bitdiyinə görə bazar günü postunu buraxıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   nazir   istefa  





Xəbər lenti