Plastik su qablarında heroin gətirdilər- Foto

Plastik su qablarında heroin gətirdilər-    Foto
  11 İyun 2024    Oxunub:529
İrandan Bakıya gətirilən “plastik mətbəx əşyaları və şüşə qablar” yükündə 4 kq 65 qram heroin və 868 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.
Bu barədə AzVision.az Dövlət Gömrük İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilib: "Yoxlama zamanı yüklərin içərisində plastik su qablarında qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib".

Hazırda zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


AzVision.az


Teqlər:





Xəbər lenti