Azərbaycan və Albaniya arasında turizm əlaqələri müzakirə edilib

Azərbaycan və Albaniya arasında turizm əlaqələri müzakirə edilib
  11 İyun 2024    Oxunub:780
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Albaniya Respublikasının ətraf mühit və turizm naziri xanım Mirela Kumbaro ilə görüşüb.
Görüşdə hər iki ölkənin üzv olduğu beynəlxalq təşkilatlar, xüsusilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və BMT-Turizm çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı, həmçinin turizm təhsili, xidmət sahəsi üzrə kadrların hazırlanması, assosiasiyalar və özəl sektorla tərəfdaşlıq imkanları müzakirə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti