Nəşi tapılan əsgərimizin əmisi də şəhid imiş

   Nəşi tapılan əsgərimizin əmisi də şəhid imiş
  11 İyun 2024    Oxunub:1370
“Oğlum Ceyhun Hüseynovun tərxis olunmasına 20 gün qalmışdı. Hərbi xidməti bitirib, evə gələcəkdi”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında Naxçıvanda Günnüt yaşayış məntəqəsi istiqamətində itkin düşən və bu gün nəşi tapılan hərbçimizin atası Tofiq Hüseynov deyib.

O, oğlunun ali təhsilli olduğunu bildirib:

“Ceyhun 16 noyabr 1999-cu ildə Bakı şəhərində anadan olmuşdu. Özümüz əslən Ordubad rayonundanıq. Oğlum o qədər savadlı idi ki, orta məktəbi qızıl medalla başa vurmuşdu. ADA Universitetində təhsil aldıqdan sonra Təl-Əvivdə magistratura təhsilini bitirdi. Hərbiyə də könüllü olaraq getdi”.

Tofiq Hüseynov qardaşının da şəhid olduğunu deyib:

“Ceyhun adını daşıdığı əmisi Hüseynov Ceyhun Tahir oğlu 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub. Oğlum dəfələrlə beynəlxalq müsabiqələrdə qızıl, gümüş medallar əldə edib. Hətta zamanında Ceyhunla bağlı AZTV, ATV telekanalı da veriliş hazırlamışdı . O görüntülər indi də bizdədir. Çox təəssüf edirəm”.

Qeyd edək ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında tapılıb.

Onun Ordubad rayonunda dəfn olunacağı bildirilib.

Allah rəhmət eləsin!
AzVision.az


Teqlər:





Xəbər lenti