Blinken: "HƏMAS-ın atəşkəslə razılaşması müsbət əlamətdir"

      Blinken:    "HƏMAS-ın atəşkəslə razılaşması müsbət əlamətdir"
  11 İyun 2024    Oxunub:1104
"Danışıqların belə bir mərhələyə çatması çox əhəmiyyətlidir".
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində mətbuata açıqlaması zamanı söyləyib.
HƏMAS atəşkəs qətnaməsinə razılıq verib

Xatırladaq ki, Blinken dünən Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə, ardınca isə İsraildə Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant ilə görüşlər keçirib. İsrail-HƏMAS müharibəsində ABŞ-nin atəşkəs təklifini hər iki tərəf arasında razılaşdırmaq naminə baş tutan səfər çərçivəsində o, Qəzza zolağında HƏMAS tərəfindən əsir saxlanılan israilli şəxslərin ailələrinə də baş çəkib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   HƏMAS   İsrail   atəşkəs  





Xəbər lenti