Baxçalının diqqət çəkən üzüyü: “Allah mənimlədir”

   Baxçalının diqqət çəkən üzüyü:    “Allah mənimlədir”
  11 İyun 2024    Oxunub:810
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı barmağına taxdığı üzüklə gündəmə gəlib.
AzVision.az xəbər verir ki, müxalifət lideri bununla bağlı instagram hesabında diqqətçəkən paylaşım edib.

Paylaşımdakı fotoda Baxçalının üzərində firuzəyi daş və “Allah mənimlədir” yazısı olan üzük taxdığı görünür.

Xatırladaq ki, “Allah mənimlədir” ifadəsi Qurani-Kərimin Tövbə surəsinin 129-cu ayəsində yazılıb.

Qeyd edək ki, MHP lideri qeyri-adi üzük həvəskarıdır.





Xankişiyeva Aygün
AzVision.az



Teqlər:





Xəbər lenti