Paşinyan qorxu içindədir, güclü stress keçirir - "Hraparak"
13 İyun 2024
Oxunub:973
Dünən Ermənistanın paytaxtında baş verən iğtişaşlar yerli medianın gündəminə çevrilib. Saytlar ölkədə xaos yaşandığını yazır, baş nazir Nikol Paşinyanın isə sözün həqiqi mənasında başını itirdiyini qeyd edirlər.
Məsələn “Hraparak”da dərc olunan məqalədə baş nazirin ağır stress keçirdiyi iddia olunub: “Dünən səhər saatlarında parlamentə gələn Nikol Paşinyan bütün günü həddindən artıq gərgin vəziyyətdə görünürdü. O, ağır stress keçirməsini gizlədə bilmirdi. Onun gəlişindən əvvəl parlament binasında, çöldə əvvəlki dövrlərdən fərqli və diqqət çəkən ciddi təhlükəsizlik tədbirləri də görülürdü. Minlərlə polis isə Milli Assambleyanın binasının qarşısında divar kimi düzülmüşdü. Xüsusən də baş nazirin gəlişindən əvvəl dörd mühafizəçinin bir-bir parlament zalındakı oturacaqları yoxlaması daha çox diqqət çəkdi. Hətta zaldan su şüşələri belə yığışdırıldı".
Müəllif iddia edir ki, Paşinyan əvvlki kimi əmin, özündənrazı pzoitiv görünmür, narahat olduğunu büruzə verən hərəkətlər edirmiş.
"O, yan-yörəsinə nəzər salır, davamlı olaraq telefonda yazışır, səsli mesajlar göndərirdi. Yəqin ki, tabeliyində olan məmurlara və mühafizə orqanlarına göstərişlər verib. Tənəffüs zamanı isə stressi aradan qaldırmaq üçün parkı gəzdi. İclas zamanı sual-cavab prosesindən əvvəl Milli Təhlükəsizlik Xidmətinin (MTX) hərbçiləri, o cümlədən maskalı işçilər parlamentə gətirildilər", - "Hraparak" gərgin situasiyadan yazıb.