Hərbi cani Ohanyanla Simonyan parlamentdə dava etdi - VİDEO

   Hərbi cani Ohanyanla Simonyan parlamentdə dava etdi    - VİDEO
  13 İyun 2024    Oxunub:931
İrəvanda dünən baş verən gərgin hadisələrdən sonra parlamentdə siyasi gərginlik səngimir. "Mamul" nəşrinin yaydığı məlumata görə, bu gün iclas zalında keçmiş müdafiə naziri, hərbi cani Seyran Ohanyanla spiker arasında qalmaqal yaşanıb.
“Hayastan” fraksiyasının deputatları parlamentin sədri Alen Simonyandan şikayətləniblər. Müxalifəti təmsil edən deputatlar iddia ediblər ki, binaya giriş onlar üçün məhdudlaşdırılıb.

Paşinyan qorxu içindədir, güclü stress keçirir - "Hraparak"
Simonyan onlara cavab verərəkən Seyran Ohanyan spikerin yanına qalxaraq onun yalan danışdığını bildirib.

"Simonyan isə eyni cavabla Ohanyana deyib ki, “Sən yalan danışırsan, get buradan, kürsüdən düş, sənin burada olmağa haqqın yoxdur". O həmçinin tapşıracağam ki, səni heç zala, içəri buraxmasınlar da deyib”,- məqalədə yazılıb.

Alen Simonyan izah edib ki, həm dünən, həm də bu gün Baqramyanın Milli Assambleyaya girişi deputatlar üçün açıq olub və hələ də açıqdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Parlament  





Xəbər lenti