Belarusdan İrəvana cavab: Səfir geri çağırılacaq

   Belarusdan İrəvana cavab:  Səfir geri çağırılacaq
  13 İyun 2024    Oxunub:1012
Belarus İrəvandakı səfirini geri çağırmaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə BelTa agentliyi məlumat yayıb. Bildirilib ki, Belarusun Ermənistandakı səfiri tezliklə Minskə gedəcək.

İrəvan Minskdəki səfirini geri çağırdı
Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anatoli Qlaz vurğulayıb ki, ölkəsi Ermənistanla münasibətləri pisləşdirmək niyyətində deyil.

“Əgər kimsə xarici düşmən obrazı yaratmaqla diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, çox uzaqgörən mövqedir. Biz Ermənistanda daxili siyasi vəziyyətin nə qədər ağır olduğunu və ölkə daxilində qarşıdurmanın sürətlə qızışdığını görürük", - Qlaz bildirib.

Onun sözlərinə görə, Ermənistan səfirliyinin nümayəndəsi bu məsələyə aydınlıq gətirmək üçün Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Xatırladaq ki, Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan məsləhətləşmələr üçün İrəvana çağırılıb. Baş nazir Nikol Paşinyan isə Aleksandr Lukaşenkonun Belarus rəhbəri olduğu müddətdə heç vaxt bu ölkəyə səfər etməyəcəyini bəyan edib.

Aygün Xankişiyeva
AzVision.az


Teqlər:  





Xəbər lenti