Medvedev: "Ermənistanın Avropa xülyası siçan tələsindəki yemdir"

      Medvedev:    "Ermənistanın Avropa xülyası siçan tələsindəki yemdir"
  14 İyun 2024    Oxunub:872
"Zaqafqaziya respublikasını Avro-Atlantik məkanına sürükləmək üçün böyük qüvvələr işə salınıb, lakin bu tələdir".
AzVision.az xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Российская газета" üçün qələmə aldığı məqaləsində bildirib.

"İrəvana tam sədaqət müqabilində "qızıl dağları", o cümlədən Avropa İttifaqına üzvlük vədi verilib, ancaq bu aldadıcıdır. Çünki belə vədlər "neokolonial siçan tələsi"nin yemidir. Heç kim "seçilmişlər klubu"nun qapılarını erməni xalqının üzünə açmaq fikrində deyil", - o diqqətə çatdırıb.

Medvedev Ukraynanın da oxşar vədlərə inandırıldığını dilə gətirib:

"Neo-bandera millətçilərindən (Ukrayna hökuməti nəzərdə tutulur - red.) də soruşun ki, Avropa İttifaqına qoşula biliblər? Xeyr, çətin ki, onlar da bu imtiyazı yaxın, ya uzaq gələcəkdə alsınlar".

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   Ukrayna    





Xəbər lenti