Forbes: Ələkbərov yenə ən zəngin ruslar siyahısına başçılıq edir

     Forbes:    Ələkbərov yenə ən zəngin ruslar siyahısına başçılıq edir
  27 İyun 2024    Oxunub:977
Forbes 2023-cü il üçün alınan dividendlərə görə ən zəngin 50 rusiyalının ikinci illik reytinqini dərc edib.
"Lukoyl"un əsas səhmdarı, azərbaycanlı iş adamı Vahid Ələkbərov siyahıya rəhbərlik edir. Onun dividend gəliri 177,4 milyard rubl dəyərində qiymətləndirilir.

“Reytinqin lideri yenidən “Lukoyl” neft şirkətinin ortağı Vahid Ələkbərov oldu. Elə həmin il Ələkbərov ilk dəfə sərvətinə görə ən zəngin rusların reytinqində birincilik qazandı”, - məlumatda deyilir.

Forbes xatırladıb ki, “Lukoyl” həm 2022, həm də 2023-cü illərdə dividend ödəyən bir neçə ən böyük Rusiya şirkətlərindən biri olub.

Reytinqdə ikinci yeri “Novatek” qaz şirkətinin səhmdarı Leonid Mixelson tutub, onun dividend gəliri, nəşrin hesablamalarına görə, 105 milyard rubl təşkil edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti