Qaxda qəza: Üç nəfər ölüb, çox sayda yaralı var

      Qaxda qəza:    Üç nəfər ölüb, çox sayda yaralı var
  30 İyun 2024    Oxunub:655
Qaxda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, qəza zamanı xəsarət alanlardan 1993-cü il təvəllüdlü Əfsanə Rəhim qızı Batmaz və onun iki övladı 2012-ci il təvəllüdlü Sera Tamer qızı Batmaz və 2021-ci il təvəllüdlü Karan Tamer oğlu Batmaz Türkiyə vətəndaşlarıdır.

Qəza zamanı altı nəfər xəsarət alıb. Onlara Qax Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib.

Yaralılardan biri müayinə və müalicəsini davam etdirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Üçü Türkiyə vətəndaşı olmaqla qalan beş yaralı isə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti