Prezident: “Bu emosiyalar kənara qoyulmalıdır”

   Prezident:       “Bu emosiyalar kənara qoyulmalıdır”
  01 İyul 2024    Oxunub:942
"Biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik. Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir”
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbulu zamanı deyib.


Dövlət başçısı qeyd edib ki, bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi:


"Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur. Amma beynəlxalq hüquqa gəldikdə bu emosiyalar kənara qoyulmalıdır. Lakin bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir. Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası "Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi”.

AzVision.az



Teqlər:





Xəbər lenti