Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla bitdi

    Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla bitdi
  02 İyul 2024    Oxunub:628
Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla bitib, dava zamanı iki nəfər bıçaqlanıb.
AzVision.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Ceyranabatan bağları adlanan ərazidə qeydə alınıb.

Sumqayıt şəhər sakini olan 15 yaşlı yeniyetmə münaqişə zəminində həmyaşıdına və özündən iki yaş böyük digər yeniyetməyə bıçaqla ağır xəsarətlər yetirib. Mübahisənin söyüş üstündə törədildiyi iddia olunur.

Sumqayıt Tibb Mərkəzdən bildirilib ki, 15 və 17 yaşlı yeniyetmələr ötən gün gecə saatlarında Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.

2009-cu il təvəllüdlü yeniyetməyə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası və sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilib. 2007-ci il təvəllüdlü yeniyetməyə isə bel-omba və üz nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozları təyin edilib. Hər iki yeniyetmə əməliyyat olunub, vəziyyətləri əməliyyata uyğun stabildir.

Faktla bağlı araşdırma aparılı



AzVision.az


Teqlər:





Xəbər lenti