Azərbaycanda əksəriyyət Ermənistanla sülh sazişini dəsəkləyir

   Azərbaycanda əksəriyyət Ermənistanla    sülh sazişini dəsəkləyir
  04 İyul 2024    Oxunub:1586
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində müsbət dinamikanı nəzərə alan Sosial Tədqiqatlar Mərkəzi (STM) bununla bağlı ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.
AzVision.az xəbər verir ki, bu ilin iyun ayında keçirilən sorğunun nəticələrinə əsasən, STM-in açıqladığı məlumatda “Siz Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarısınızmı” sualına respondentlərin 83,8%-inin “bəli, dəstəkləyirəm”, 13,5%-inin “xeyr, dəstəkləmirəm”, 2,7%-nin isə cavab verməkdə çətinlik çəkdiyi bildirilir.

Sorğunun nəticələri göstərir ki, cəmiyyətimiz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. STM-in bu mövzuda keçirdiyi əvvəlki sorğularının nəticələri də Azərbaycan cəmiyyətində sülh sazişinin imzalanması istiqamətində müsbət tendensiyanın formalaşdığını sübut edir.

AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   sülh  





Xəbər lenti